BAKI, 22 aprel — Sputnik. Avtoyuma məntəqələrinin birində yuyucu işləyən Astara rayon sakini M.Bağırov qaçırdığı avtomobillə qəza törədib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, aprelin 20-də saat 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində yuyucu işləyən Astara rayon sakini M.Bağırov Bakı şəhər sakini T.Şamilova məxsus "Kia" markalı avtomobili qaçırıb.
Daha sonra o paytaxt sakini E.Abdullayevin idarə etdiyi "VAZ-21015" markalı avtomobilə vurub. E.Abdullayev xəstəxanaya yerləşdirilib.
Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bağırov saxlanılıb.
Araşdırma aparılır.