Kim Çen Inın varisinin hazırlanmasına dair məlumatlar yayıldı

© © KCNA via REUTERSŞimali Koreya lideri Kim Çen In
Şimali Koreya lideri Kim Çen In - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, Şimali Koreya liderinin bacısı hakim Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavinidir.

BAKI, 22 aprel — Sputnik. Şimali Koreya 2019-cu ildən bəri hakimiyyətin ötürülməsinə dair fövqəladə plan hazırlayır. Plana əsasən Kim Çen Inın yerinə ölkəni onun kiçik bacısı Kim Yo Cjon idarə edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu iddianı Yaponiyanın "Yomiuri" qəzeti irəli sürüb.

Cənubi Koreya, Birləşmiş Ştatlar və Yaponiyanın iştirakı ilə üçtərəfli danışıqlarla tanış olan mənbə nəşrə detallar barədə danışıb. Mənbə qeyd edib ki, ötən ilin sonunda Əmək Partiyasının Mərkəzi Komitəsinin plenar iclasında qəbul olunan daxili qərara görə Kim Çen Inın ölümü və ya digər səbəblərə görə ölkəni idarəetmə qabiliyyətini itirəcəyi təqdirdə onun varisi məhz Kim Yo Çjon olacaq. Nəşrin mənbəsi qeyd edib ki, bu qərardan sonra partiya xadimləri və hərbçilərə göstərişlər məhz onun adından gedib.

Qeyd edək ki, Şimali Koreya liderinin bacısı Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavinidir. Onun nüfuzuna görə ölkədə ikinci şəxs olduğu, qardaşı ilə bərabər İsveçrədə təhsil aldığı bildirilir. Bu ilin martından onun adından ilk dəfə rəsmi olaraq beynəlxalq bəyanat verilib.

Xəbər lenti
0