Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST koronavirusun mənşəyini açıqladı

© REUTERS / Kim Hong-JiТестирование коронавируса, фото из архива
Тестирование коронавируса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ÜST-nin spikeri Fadela Çaib: Dünyada 2,5 milyondan çox insana yoluxmuş yeni tipli SARS-CoV-2 koronavirus heyvan mənşəlidir.

BAKI, 21 aprel – Sputnik. Dünyada 2,5 milyondan çox insana yoluxmuş yeni tipli SARS-CoV-2 koronavirus heyvan mənşəlidir. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri bu qənaətə gəliblər.

"Bütün mövcud məlumatlar virusun heyvandan gəldiyini, laboratoriyada və ya başqa bir yerdə yaradılmadığını göstərir", - deyə ÜST-nin spikeri Fadela Çaib Cenevrədə keçirilən brifinqdə bildirib.

O, qeyd edib ki, infeksiyanın növlərarası baryeri necə keçdiyi və insanlara necə ötürüldüyü hələlik aydın deyil. Lakin virusun insanlar tərəfindən hazırlandığı barədə əvvəllər səslənən versiyalar qətiyyətlə rədd edilir.

Qeyd edək ki, ABŞ kəşfiyyatı aprelin 17-də infeksiyanın Çinin Uhan laboratoriyasında peyda olması versiyasını yoxlamağa başladığı barədə açıqlama yayıb.

Ситуация в связи с эпидемиологической обстановкой в Ухане - Sputnik Azərbaycan
Trampdan jurnalistlərə koronavirus ittihamı - Şişirdirsiz!

Fox News dünyada koronavirusa yoluxmuş ilk insanın COVİD-19 epidemiyasının ilk dəfə qeydə alındığı Çinin Uhan şəhərindəki Virusologiya İnstitutunun laboratoriyasında çalışdığını bildirib.

Britaniyanın Daily Mail nəşri də analoji versiyanı ortaya atıb. Çin isə koronavirusun laboratoriyada hazırlandığı ilə bağlı bütün şayiələri qətiyyətlə təkzib edir.

Yeni tip koronavirus olan COVİD-19 ilk dəfə 2019-cu ilin dekabrında Çinin Hubey vilayətinin Uhan şəhərində qeydə alınıb. Martın 11-də ÜST vəziyyətin pandemiya kimi xarakterizə oluna biləcəyini açıqlayıb.

Xəbər lenti
0