Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Donald Trampdan neftin qiymətlərinə dair gözlənilən şərh gəldi

© AP Photo / Alex BrandonПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bazar ertəsi Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb. 

BAKI, 21 aprel - Sputnik. ABŞ prezidenti Donald Tramp neftin hazırkı qiymətinə münasibət bildirib.

Bu barədə “Report” xəbər verir.

Ağ Ev rəhbəri qeyd edib ki, neftin hazırkı qiyməti "çox maraqlı"dır. Bu qiymət ABŞ-ın “qara qızıl” ehtiyatlarını tamamilə doldurmağa imkan verəcək.

O, ehtiyatlara 75 milyon barelə qədər neft əlavə etmək niyyətini bildirib.

"Biz neftin rekord dərəcədə aşağı qiymətlərinə əsaslanaraq, milli ehtiyatlarımızı, strateji rezervlərimizi doldururuq və ehtiyatlarımıza 75 milyon barelə qədər əlavə etməyə ümid edirik. Və bu, uzun müddət ərzində ilk dəfə baş verəcək”, - Tramp jurnalistlərə deyib.

Bazar ertəsi Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb. 

Xəbər lenti
0