CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişin sayı karantin qaydaları ilə uzlaşmır - BNA

© Sputnik / Murad OrujovАвтобус в Баку, фото из архива
Автобус в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Dünən isə daşınan sərnişin sayı 573.707 olub. İstər sərnişin, istərsə də nəqliyyat axınındakı bu artımlar xüsusi karantin rejimi qaydaları və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyəti ilə uzlaşmır"

BAKI, 21 aprel — Sputnik. "Ötən həftə ərzində gündəlik sərnişin axını 450 mindən yüksək olub". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. 

O bildirib ki, son bir həftənin nəticələrinə əsasən, paytaxt yollarında nəqliyyat vasitələrinin axınında artım var: "Aprelin 13-dən nəqliyyat vasitələrinin axınında artım daha çox hiss olunur. 13-15 aprel tarixlərində paytaxt yollarında qeydə alınan avtomobil sayı 450-640 min arasında dəyişib. Bu həftənin ilk iş günü 500 mindən artıq nəqliyyat vasitəsi qeydə alınıb. Dünən isə daşınan sərnişin sayı 573.707 olub. İstər sərnişin, istərsə də nəqliyyat axınındakı bu artımlar xüsusi karantin rejimi qaydaları və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyəti ilə uzlaşmır. Bunları nəzərə alaraq bir daha sərnişinlərdən özünütəcrid qaydalarına əməl etmələrini xahiş edirik".

Xəbər lenti
0