BAKI, 21 aprel — Sputnik. WTI markalı neftin may ayı üçün fyuçerslərinin dəyəri -4,5 dollara qədər enib. Sputnik Azərbaycan xəbər verir ki, bunu dünya birjalarında olan qiymət göstərir.
Qeyd edək ki, ötən gün NYMEX birjasında WTI markalı neftin fyuçerslərinin dəyəri də 300% azalıb. Bu arada WTI markalı neftin iyun ayı üçün fyuçerslərinin də sayı 18,3% azalaraq 20,03 dollara düşmüşdü.
Bu arada Brent markalı neftin iyun ayı üçü fyuçerslərinin dəyəri 3,29% azalaraq 24,73 dollara düşüb.