Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Öz-özünə rejissor: azərbaycanlı müğənni öz mənzilində klip çəkib

© © Courtesy of Armin ZedlerСейран Исмаилханов выступил в Германии с концертом
Сейран Исмаилханов выступил в Германии с концертом - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni Seyran İsmayılxanov Almaniyada da tətbiq edilən karantin şəraitində vaxtını faydalı keçirməyi qərara alıb və yaradıcılıqla məşğul olmağa davam edir.

BAKI, 21 aprel – Sputnik, Kəmalə Əliyeva. Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov "Ay işığı" mahnısını ekranlaşdırıb, özü də bunu öz mənzilində edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Almaniyada koronavirus pandemiyası ilə bağlı elan edilmiş karantin şəraitində müğənni evdə oturmağı davam etdirir və yaradıcılığa ara vermir. İsmayılxanov müəllifi olduğu "Ay işığı" adlı yeni mahnısına klip çəkib. Müğənni həmçinin öz videoçarxının rejissoru kimi çıxış edib və hətta özü üçün obrazlar yaradıb.

"Karantin səbəbiylə bütün tədbirlər, konsertlər ləğv edildi. Mən də vaxt itirməməyə və təxirə salınmış layihələrimlə məşğul olmağa qərar verdim. İlk dəfə evdə klipi ekranlaşdırdım. Düşünürəm ki, çox yaxşı alındı. Heç kim başa düşə bilməz ki, o, mənzildə çəkilib", - deyə İsmayılxanov qeyd edib.

Müğənni həmçinin digər mahnılarının yazılması üzərində də işləməyə davam edir.

Seyran İsmayılxanov 2005-ci ildən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. Müğənni Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqələrdə, festivallarda, konsertlərdə iştirak edib. Almaniyada dünya şöhrətli "The Voice" (Səs) layihəsinin iştirakçısıdır.

Xəbər lenti
0