CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yollar görünməz oldu, dalğalar şahə qalxdı - Faktiki hava

© Baku Transport AgencyТуман в Баку, фото из архива
Туман в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qərb küləyi Naftalanda 24 m/s, Daşkəsəndə 23 m/s, Xınalıqda 20 m/s, Xaltanda 15 m/s, Bakıda və Abşeron dəniz rayonunda 15-20 m/s-dək güclənib

BAKI, 21 aprel — Sputnik. Aprelin 21-i səhərədək ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, lakin 20-si axşam və gecə bəzi şimal və şərq rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb, səhər saatlarından başlayaraq şimal-qərb küləyi güclənib.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən xəbər verir ki, düşən yağıntının miqdarı Yardımlıda 3 mm, Göygöldə 2 mm, Şərur, Şəmkir, Lənkəran, Neft Daşlarında 0.6 mm olub.

Binə, Neft Daşları, Çilov adası, Xaçmaz, Cəfərxan, Biləsuvar, Astara, Lənkəran, Nabranda duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Qərb küləyi Naftalanda 24 m/s, Daşkəsəndə 23 m/s, Xınalıqda 20 m/s, Xaltanda 15 m/s, Bakıda və Abşeron dəniz rayonunda 15-20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Xəbər lenti
0