Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollara tələb azalıb

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidКупюры американских долларов, фото из архива
Купюры американских долларов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib

BAKI, 21 aprel — Sputnik. Aprelin 21-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən Sputnik Azərbaycan-a məlumat veriblər ki, hərracda tələb 38,8 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bu gün keçirilən hərracda tələb azalıb. Belə ki, 16 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 53 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Xəbər lenti
0