CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbələrə müraciət - Bu şəxslərin işsiz arayışı almasına ehtiyac yoxdur

© AFP 2024 / STEPHANE DE SAKUTINСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hər hansı tələbənin valideynlərinin işsiz statusu barədə məlumatları Təhsil Nazirliyi  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq”altsistemi vasitəsilə elektron şəkildə əldə edəcək

BAKI, 21 aprel — Sputnik. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün tələbələrin məşğulluq orqanlarından valideynlərinin işsiz kimi qeydiyyatda olmasına dair arayış alaraq təhsil müəssisələrinə təqdim etmələrinə ehtiyac yoxdur. 

Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
ELM
Dövlətin təhsil haqqını ödəyəcəyi 20 mindən çox tələbə var

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilir ki, hər hansı tələbənin valideynlərinin işsiz statusu barədə məlumatları Təhsil Nazirliyi  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemi vasitəsilə elektron şəkildə əldə edəcək. Bununla yanaşı, e-sosial.az portalında 15 növdə e-arayış xidməti göstərilir. İşsiz kimi qeydiyyatdan keçən şəxslər də portal vasitəsilə bu barədə e-arayışı əldə edə bilərlər. Bunun üçün e-sosial.az portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra “Şəxsi kabinet”də e-arayış bölməsinə daxil olmaqla, müvafiq elektron arayışı əldə etmək olar.

Xəbər lenti
0