CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeddi rayonun sakinləri müavinət, təqaüd və kompensasiyalar alacaqlar

© Sputnik / Shahperi AbbasovaЛюди у банкомата, фото из архива
Люди у банкомата, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlanılıb

BAKI, 21 aprel — Sputnik. Bu gün Bakının daha yeddi rayonu üzrə sakinlər müavinət, təqaüd və kompensasiyalar alacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonlarının sakinləridir.

Qeyd edək ki, ötən gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlanılıb. Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də, Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Xəbər lenti
0