CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yağış, qar, şimşək, duman, külək... və 28 dərəcə isti

Abunə olmaq
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz  15-19, Bakıda gecə 10-12, gündüz  16-18 dərəcə isti təşkil edəcək.

BAKI, 20 aprel — Sputnik. Aprelin 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Zaqtala peyzaj - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hava oyun oynayır: İndi də normadan 1,5 dərəcə aşağı düşüb

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz  15-19, Bakıda gecə 10-12, gündüz  16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Aprelin 21-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 8-13, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti  olacaq.

Xəbər lenti
0