ELM

İmtahan nəticələrindən narazı olanlar müraciət edə bilərlər – Komissiya yaradıldı

© Sputnik / Evgeniy Epanchintsev / Mediabanka keçidİmtahan, ariv şəkli
İmtahan, ariv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət İmtahan Mərkəzinin saytında imtahanda istifadə olunmuş sual kitabçaları, test tapşırıqlarının izahı da yerləşdirilib

BAKI, 20 aprel — Sputnik. 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının 2020-ci il martın 1-də keçirilmiş birinci mərhələsinin nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb. 

Ученики ожидают начала экзамена, фото из архива - Sputnik Azərbaycan
ELM
Tətildən sonrakı imtahan da təxirə salındı
Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin məlumatına istinadla xəbər verir ki, apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə qəbulu aprelin 22-dək davam edəcək.

Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, ümumiyyətlə, tapşırığa cavab verməyənlər və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmayanlar da komissiyaya müraciət edirlər.

Bundan əlavə, Dövlət İmtahan Mərkəzinin saytında imtahanda istifadə olunmuş sual kitabçaları, test tapşırıqlarının izahı da yerləşdirilib. İmtahan iştirakçılarına, həmçinin valideynlər, müəllimlər, ekspertlərə test tapşırıqları və onların izahı ilə tanış olmağı tövsiyə edirik.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 20-22 aprel tarixlərində apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Burada "Ev telefonu", "Mobil telefon", "E-mail" bölmələrində müvafiq məlumatlar qeyd edilir. "Apelyasiyanın nəticələrinin izahını necə əldə etmək istəyirəm" hissəsində təklif olunan variantlardan biri seçilir. Şagirdin imtahanla bağlı hər hansı xüsusi bir qeydi varsa, "ümumi qeyd" hissəsinə yaza bilər.

Daha sonra hər hansı bir tapşırığa verdiyiniz cavabın (və ya həllin) qiymətləndirilməsi ilə razı deyilsinizsə, həmin tapşırığın nömrəsini və iradınızın mahiyyətini aydın şəkildə müvafiq sahələrə daxil edib qarşısındakı "Yadda saxla" şəkil-düyməsinə basmaq lazımdır. Digər tapşırıqlara verdiyiniz cavabların da qiymətlərdirilməsi ilə bağlı iradlarınız varsa, əməliyyatı təkrar edin. 

Государственный экзаменационный центр - Sputnik Azərbaycan
ELM
DİM-dən yaranmış təhlükə ilə bağlı daha bir addım
Müraciətlərinizi tam formalaşdırandan sonra (müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur) fotoşəklinizin altındakı "Qeydiyyata al" düyməsinə basmaq lazımdır. Verilən məlumatı diqqətlə oxuduqdan sonra "Təsdiq et" düyməsini basmaqla müraciətinizi yekunlaşdırmış olursunuz. Müraciətinizlə bağlı araşdırma başa çatdıqdan sonra ərizədə qeyd etdiyiniz elektron poçt ünvanına və ya telefon nömrəsinə sizinlə bağlantının vaxtı barədə məlumat göndəriləcək.

Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Müraciətlərə aprelin 27-dən etibarən baxılmağa başlanılacaq.

Xəbər lenti
0