CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cüzi azalma var – Məsuliyyətə cəlb edilənlərin sayı açıqlandı

© Sputnik / Ilham MustafayevQazaxda xüsusi rejimə nəzarət
Qazaxda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 31 516 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

BAKI, 20 aprel — Sputnik. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 19.04.2020-ci il saat 00:00-dan 20.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 874 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 31 516 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Xəbər lenti
0