BAKI, 20 aprel — Sputnik. Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Gerd Müller Çini koronavirusun laboratoriya mənşəli olduğu versiyasını izah etməyə çağırıb.
Sputnik Azərbaycan xəbər verir ki, Müller bu barədə "Funke" mediaqrupu ilə müsahibəsində danışıb.
O qeyd edib ki, Pekin mövcud şəraitdə, xüsusilə də virusun mənşəyi ilə bağlı məsələdə açıqlıq nümayiş etdirməli və xəstəliyin mənşəyinin Uhan şəhərindəki laboratoriyada olduğuna dair iddialara aydınlıq gətirməlidir.
Koronavirusun laboratoriyada hazırlandığına dair iddiaları bir sıra digər ölkələrin liderləri də səsləndiriblər. ABŞ Prezidenti Donald Tramp ölkəsinin belə bir versiyanı nəzərdən keçirdiyini deyib.