Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 20 aprel — Sputnik. SOCAR pandemiya ilə əlaqədar Türkiyədə qalmış minlərlə Azərbaycan vətəndaşına yardım edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Məlumata görə, indiyədək səfirliyə yardımla bağlı 22 minə yaxın müraciət daxil olunub: "Onların bir qismi səfirlik tərəfindən təhlil olunub və bu kateqoriyaya daxil olan 10 000-ə yaxın vətəndaşımıza Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin dəstəyi ilə qida və yaşayış təminatı ilə bağlı yardım edilib".