Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünya iqtisadiyyatı üçün pis xəbər: Ən güclü böhran və böyük qıtlıq gəlir

© AFP 2024 / Sergei SupinskyСитуация в связи с эпидемиологической обстановкой в Украине
Ситуация в связи с эпидемиологической обстановкой в Украине - Sputnik Azərbaycan
Abunə olmaq
Çin və Yaponiya dünyaya xəbərdarlıq etdi: Dünya iqtisadiyyatı İkinci Dünya Müharibəsindən bəri ən ağır böhranla üzləşib

BAKI, 20 aprel — Sputnik. Koronavirus pandemiyası beynəlxalq ərzaq ticarətində böyük şok yarada və yeni qlobal ərzaq böhranına səbəb ola bilər. Sputnik Azərbaycan “Daily Sabah”a istinadən xəbər verir ki, bu barədə Çinin Kənd Təsərrüfatı nazirinin müavini Yu Kançjen bildirib.

Qeyd edək ki, pandemiya kənd təsərrüfatı məhsullarının qlobal təchizat zəncirlərini və ticarəti sarsıdıb, eləcə də bəzi ölkələrin əsas taxıl bitkilərinin ixracını məhdudlaşdırmasına və ehtiyat satınalmalarını artırmasına səbəb olub.

Девушка с тележкой выбирает продукты в магазине - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün obyektiv əsas yoxdur"

"Sürətlə yayılan qlobal epidemiya beynəlxalq kənd təsərrüfatı ticarətinə və bazarlarına böyük qeyri-müəyyənlik gətirib", - Yu Kançjen Çinin kənd təsərrüfatının inkişaf perspektivlərinə həsr olunmuş videokonfrans zamanı bildirib.

"Epidemiya yayılmağa və kəskinləşməyə davam edərsə, onun beynəlxalq ərzaq ticarətinə və istehsalına təsiri mütləq pisləşəcək və bu, ərzaq böhranının yeni mərhələsinə səbəb ola bilər", - o əlavə edib.

Yeni koronavirus səbəbi ilə dünya iqtisadiyyatı İkinci Dünya Müharibəsindən bəri ən ağır böhranla üzləşib. Sputnik Azərbaycan "Kyodo" nəşrinə istinadən xəbər verir ki, bunu Yaponiyanın Xarici İşlər naziri Tosimitsu Motegi deyib. 

"Beynəlxalq iqtisadiyyata, həmçinin Yaponiya iqtisadiyyatına təsir son dərəcə ciddidir", - o bildirib.

"Kyodo" agentliyinə məlum olub ki, ölkə böhran əleyhinə tədbirlərə çəkilən xərclərin həcmini 117,1 trilyon yenədək (təxminən 1,09 trilyon dollar) artırmaq niyyətindədir. Bundan əvvəl koronavirus pandemiyası fonunda böhran əleyhinə xərclər paketi 108 trilyon yen həddində təsdiqlənmişdi.

Lakin bəzi yaponiyalı ekspertlər hesab edirlər ki, bu, kifayət etməyəcək və dördüncü rübdə ölkədə işsizlik 2,72 faizə yüksələcək ki, bu da bir il əvvəlkindən 1,56 milyon nəfər çoxdur. Beləliklə, vəziyyət 2008-2009-cu illərin böhranından da pis ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatlarına görə, koronavirusa dünyada 22,4 milyondan çox insan yoluxub, 165 min xəstə ölüb.

Xəbər lenti
0