BAKI, 20 aprel — Sputnik. Ermənistanın Xarici İşlər nazirinin müavini Qriqor Ovannisyan vəzifəsindən uzaqlaşdırılıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə sərəncamı ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
Ovannisyan bu vəzifəyə 28 dekabr 2018-ci ildə təyin olunmuşdu. Buna qədər isə o, bu ölkənin bir sıra ölkələrindəki səfiri vəzifəsində çalışıb.
Belə ki, Ovannisyan 2013-2016-cı illərdə Ermənistanın ABŞ-dakı səfiri, daha sonra isə bu ölkənin Meksikadakı səfiri olub.