SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa Şurası nəhayət mövqeyini açıqladı: Dağlıq Qarabağda “seçkiləri” tanımır

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidStrasburqda Avropa Şurasının binası, arxiv şəkli
Strasburqda Avropa Şurasının binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Şurası münaqişənin dinc nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun səylərini tam şəkildə dəstəkləyir.

BAKI, 20 aprel — Sputnik. Avropa Şurası Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”lə bağlı mövqeyini açıqlayıb.

Руины здания в оккупированном Арменией городе Гадруте, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
XİN: Dağlıq Qarabağdakı "seçkilər" qurama oyundan başqa bir şey deyil

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, qurumun Kommunikasiya Direktorluğundan bildiriblər ki, Avropa Şurası Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımır.

Direktorluqdan vurğulanıb ki, Avropa Şurasının Nazirlər Komitəsi və Parlament Assambleyasının müvafiq qərar və sənədlərində qeyd edildiyi kimi, Avropa Şurası Azərbaycan da daxil olmaqla, bütün üzv ölkələrinin ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmətə tam sadiqliyini dəfələrlə bəyan edib.

“Avropa Şurasının prinsipial və məlum mövqeyi ondan ibarətdir ki, üzv ölkənin konstitusiya nizamına zidd və ya ondan kənar təşkil edilən istənilən seçkilərin heç bir hüquqi qüvvəsi yoxdur və hüquqi tanınmamalı və ya hesab edilməməlidir. Bu mövqe Dağlıq Qarabağda keçirilmiş son qondarma “seçkilər”ə münasibətdə də keçərlidir” - qondarma “seçkilər”lə bağlı Avropa Şurasının mövqeyinə dair məlumatda bildirilib.

Qeyd edilib ki, Avropa Şurası münaqişənin dinc nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun səylərini tam şəkildə dəstəkləyir.

Xəbər lenti
0