Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aqrar sahədə işlərin fasiləsizliyi necə təmin edilir - Nicat Nəsirli şərh edir

© Photo : AZƏRTACAqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli
Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli - Sputnik Azərbaycan
Abunə olmaq
Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli deyir ki, idarəçilik tədbirlərinin fasiləsizliyi təmin olunmaqla məsafədən idarə olunma qaydalarına keçilib
Nicat Nəsirli: “Əkinlər texnoloji xəritəyə uyğun olaraq davam etdirilir”

“Koronavirus xəstəliyi ilə əlaqədar dünya ölkələrinin əksəriyyətində, eyni zamanda, Azərbaycanda elan olunmuş karantin rejimi, ilk növbədə, əhalinin ərzaq təminatının fasiləsizliyini daha qabarıq ortaya çıxarıb”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli bildirib.

Nicat Nəsirli deyib ki, bu səbəbdən aqrar sektorun əhəmiyyəti daha da artıb:

“İlk növbədə, yaz-tarla işlərinin aktual dövrü olduğu bütün vacib addımlar - mərkəzi və yerli qurumların idarəçiliyi tədbirləri, fermer və digər aqrar sahə mütəxəssislərinin hərəkətləri pandemiya dövrünün tələblərinə uyğunlaşdırılıb. İdarəçilik tədbirlərinin fasiləsizliyi təmin olunmaqla məsafədən idarə olunma qaydalarına keçilib, onlayn videokonfranslar, elektron məktublaşma, telefon, “WhatsApp” qrupları vasitəsi ilə tapşırıqların verilməsi icra olunur. Ona görə də bu günə qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) tabeliyində fəaliyyət göstərən regional mərkəzlərdə ötən ildən nəzərdə tutulmuş əkin planlarının həyata keçirilməsində hər hansı bir gecikmə, təxirəsalma müşahidə olunmayıb. Koronavirus xəstəliyi təhlükəsi ilə bağlı olaraq ölkə ərazisində hökm sürən gücləndirilmiş karantin rejimi Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən regional mərkəzlərin fəaliyyətinə heç bir problem yaratmayıb. Bütün bölgələrdə nəzərdə tutulmuş əkinlər texnoloji xəritəyə uyğun olaraq davam etdirilir”.

Nicat Nəsirlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0