Ərdoğanla Tramp pandemiyanı müzakirə etdilər

© REUTERS / JOSHUA ROBERTSABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Həmçinin qeyd olunub ki, Ərdoğanla Tramp bölgədəki vəziyyəti və ikitərəfli əməkdaşlığı da müzakirə ediblər.

BAKI, 19 aprel - Sputnik. Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyip Ərdoğan və Donald Tramp telefonla danışaraq koronavirusla mübarizədə əməkdaşlığı müzakirə ediblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Türkiyə liderinin administrasiyası verib.

“Prezidentimiz bu axşam ABŞ Prezidenti ilə telefonla danışıb. Hər iki lider koronavirus pandemiyasının ölkələrimizin əhalisinin sağlığına və iqtisadiyyatına verdiyi zərərlə mübarizədə NATO həmrəyliyi ruhunda sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib”, - məlumatda bildirilir.

Həmçinin qeyd olunub ki, Ərdoğanla Tramp bölgədəki vəziyyəti və ikitərəfli əməkdaşlığı da müzakirə ediblər.

Qeyd edək ki, bu günə olan məlumata görə, Türkiyədə koronavirusa yoluxanların sayı 86 minə, ölənlərin sayı isə 2 minə çatıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib. Bir gündə 3977 adamda koronavirus təsbit olunub, sutka ərzində ölənlərin sayı 127 nəfər olub. Türkiyədə koronavirusdan sağalananların ümumi sayı 11976-ya yüksəlib.

ABŞ-da yoluxanların sayı 735086 nəfərdir. Bir sutka ərzində 1800-dən çox adam ölüb, ümumilikdə ölənlərin sayı 38910 nəfərdir.

Aprelin 16-dan 17-dək 3857 adam COVID-19-dan dünyasını dəyişib, 31905 nəfərdə koronavirus təsbit olunub.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus epidemiyasını pandemiya adlandırıb. Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 2,24 milyonu, ölənlərin sayı isə 152,5  mini keçib.

Xəbər lenti
0