CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın məşhur jurnalisti: "Darvinin dedikləri olur" - FOTO

© Photo : Courtesy of Aytekin AlxasliAytəkin Alxaslı
Aytəkin Alxaslı - Sputnik Azərbaycan
Abunə olmaq
""Ölüm" sözü, onun videogörüntüləri insanları nədənsə çəkindirsə də, neqativ fəsadlarsız keçmir. Ehtiyatlı olaq"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 21 aprel — Sputnik. Karantin rejimini nadir insan sakit qəbul edir, darıxmır. O ki qalsın tez-tez ünsiyyət qurmaq elə birbaşa vəzifəsi olanlar. Lap elə hazırda Qusar rayonunda yaşayan tanınmış jurnalist Aytəkin Alxaslı kimi. Onun ailəsi paytaxtda, özü isə rayondadır. Sputnik Azərbaycan bu günlərdə Aytəkin xanımla həmsöhbət olub.

-  Sizi də koronavirus təlaşı bürüyüb?

-  Ölkədə və dünyada koronavirus pandemiyasının yaratdığı problemlərə münasibətim birmənalıdır. Nəyin bahasına olursa-olsun biz bu təhlükəli infeksiyaya qalib gəlməliyik. Bunun üçünsə güclü və məsuliyyətli olmalıyıq. Koronavirus hər birimizdə qorxu, təlaş və həyəcan doğurmaqla yanaşı, bu təhlükə bizdə özümüzə qayıdışı bəyan elədi, özümüzü tanımağımızı təmin etdi. Bu gərgin günlərdə biz hamımız, sözün həqiqi mənasında, məsuliyyətli olmağı, güclü olmağı bacarmalıyıq. Həyat indi güclülərindir. Sanki indi insan cəmiyyətində Çarlz Darvinin vaxtilə dediyi “təbii seçmə” prosesi baş verir: kim güclüdür, o da qalib gəlir. Güc isə - məsuliyyətdir, infeksiyaya yoluxmamaq məsuliyyətidir.

© Photo : Courtesy of Aytekin AlxasliJurnalist Aytəkin Alxaslı
Azərbaycanın məşhur jurnalisti: Darvinin dedikləri olur - FOTO - Sputnik Azərbaycan
Jurnalist Aytəkin Alxaslı

-  Evdə qalmaq sizə hansı çətinlikləri yaradır?

- Martın 23-dən evdəyəm. Qonşularla, dostlarla gediş-gəlişə son qoyulub. Bundan əvvəl martın 17-dən 23-dək Bakıda olsam da, elə orada da heç yerə getmirdim, evdə otururdum. O ki qaldı məhdudiyyətin yaratdığı çətinliyə, əlbəttə, hamı kimi, mənə də çox çətindir. Amma başqa çarə yoxdur, dostlar! Müvəqqəti çətinlikdir. "Yaman günün ömrü az olar" deyib atalar. Bizim hər birimiz dözməliyik. "Evdə qal!" çağırışına əməl etməliyik. Əgər indi müvəqqəti məhdudiyyətə dözməsək, Allah eləməmiş, daha uzunmüddətli evdə qalmaq məcburiyyəti ilə üz-üzə gələrik. Ona görə yeganə çarəmiz dözümlü və səbrli olmaq, karantinin sonunu gözləməkdir.

- Xüsusi karantin rejimi dövründə gününüzü necə keçirirsiniz ki, hədər getməsin?

- Çalışıram, səmərəli keçirim. Şəxsi gigiyena qaydalarına ciddi əməl edirəm. Spirt, maska, əlçək stolumun üstündədir. Qidalanmaya, həmişə olduğu kimi, xüsusi fikir verirəm. Rasionumda təbii məhsullara, Qusar təbiətinin nemətlərinə - ət, toyuq, göyərti, ağartı və meyvələrə üstünlük verirəm. Virusla bağlı ümumi bir təlaş olsa da, sakit olmağa, panikaya düşməməyə çalışıram. Xarici ölkələrdə koronavirusun yüzlərlə insanın canını almasını əks etdirən xəbərlərə və görüntülərə baxmıram. Hesab edirəm ki, bu cür görüntülər xüsusi həssas insanlarda əlavə psixoloji problemlər yarada, gələcəkdə insanlarda psixoloji fəsadlar doğura bilər.

Bu məqamda televiziyada çalışan həmkarlarıma bir balaca tövsiyəm də var. Yaxşı olar ki, onlar koronavirusla bağlı həm xarici, həm yerli xəbərləri tamaşaçıya çatdıranda səs tembrlərini bir qədər yumşaq eləsinlər. Burada reytinqdən çox, xəbərin hər hansı gərginliyi olan tamaşaçıya necə çatdırılmasından söhbət gedir. Digər tərəfdən, koronavirusun dəhşətlərinin statistikasını "öldü" yox, "həyatını itirdi" kimi ifadələrlə versinlər. "Ölüm" sözü, onun videogörüntüləri insanları nədənsə çəkindirsə də, neqativ fəsadlarsız keçmir. Ehtiyatlı olaq.

© Photo : Courtesy of Aytekin AlxasliJurnalist Aytəkin Alxaslı
Azərbaycanın məşhur jurnalisti: Darvinin dedikləri olur - FOTO - Sputnik Azərbaycan
Jurnalist Aytəkin Alxaslı

Dostlarla, qohumlarla daim telefon əlaqəsi yaradıram. Kimdə bir qədər bədbinlik hiss edirəmsə, onları nikbin olmağa çağırıram. Hamıya deyirəm ki, biz evdə qalmasaq, vəziyyət daha da pisləşə bilər. Tələbəlik və ailə şəkillərimi albomda xronoloji ardıcıllıqla yenidən düzmüşəm. Dəfələrlə oxuduğum Voyniçin "Ovod"unu, Remarkın "Üç yoldaş"ını, Məmmədxanlının povestlərini, Sabirin "Hophopnamə"sini yenə oxudum. Hə, belə bir fikrim də var: 33 illik jurnalistlik fəaliyyətim, tanıdığım insanlar haqqında təəssüratlarımı qələmə alım.

-  Xüsusi karantin rejiminin qaydalarına əməl etməyənlərə qarşı münasibətiniz?

- Çox qınayıram onları. Artıq bir neçə gündür, ölkədə evdən çıxmaq üçün SMS-lə icazə qərarına başlanılıb. Baxın statistik rəqəmlərə, nə qədər adam evdən çıxmaq üçün əsassız, sübutsuz bəhanə gətirib. İnsanlarımız sanki yalana qurşanıblar. Axı nədir səni vadar edər yalana? Utanılandır. Hələ də imkan tapan kimi icazəsiz küçəyə çıxıb boş-boşuna veyllənənlər var. Bu adamları necə qınamayaq, məsuliyyətsiz adlandırmayaq? Polis neyləyir? Səni, məni, cəmiyyəti qoruyur. Bəzi insanlar hələ də bu qadağaları qeyri-ciddi qarşılayırlar. "Mənə heç nə olan deyil", "Boş şeydir" - deməklə vəziyyətin nə qədər gərgin olduğunu hələ də anlamırlar. Boş şey deyil, dostlar! Əgər vaxtında hökumətin qoyduğu ilk qaydalara, tələblərə əməl etsəydik, qaydalar bu qədər sərtləşməzdi. Bizə "qılınc müsəlmanı" əbəs yerə deməyiblər. İndi bəziləri məcburən qoyulan qaydalara əməl edirlər, bunu əvvəldən etmək olmazdı ki? Düzdür, çətindir - başadüşüləndir. Amma niyə bəzi vətəndaşlarımız anlamırlar ki, "Evdə qal!" çağırışına əməl etməsələr, biz hamılıqla pandemiyanın qurbanı olarıq. Düzdür, işi-gücü olanları, günəmuzd işləyənləri başa düşürəm. İnanıram ki, dövlət belə aztəminatlı ailələrə, işsiz təbəqəyə yardım edəcək. Amma bizim indi yeganə yolumuz yalnız odur ki, evdə qalaq, virusa yoluxmayaq.

- Hazırkı vəziyyətdə ölkəmizdə kimləri qəhrəman hesab etmək olar?

- Çətin, bizi millət kimi ayaq üstdə qalmağımızı formalaşdıracaq, yaşadacaq bu günlərdə gözə görünən və gözə görünməyən qəhrəmanlarımız çoxdur. Mən Prezidentimiz İlham Əliyevi və xanımı Mehriban Əliyevanı günün gözə görünən ilk qəhrəmanları hesab edirəm. Həmişə olduğu kimi, bütün məqamlarda xalqının yanında olan dövlət başçımızı bu xüsusiyyətinə görə qəhrəman sayıram. Başqa sözlə desək, bir mahnıda deyildiyi kimi, çətin məqamlarda bir göz qırpımında özünü yetirəndir dost. Mən indi Prezidentimizi hər birimizin dostu sayıram. Öz qərarları, müraciətlərilə, tövsiyələrilə yanımızda olduğuna görə.

© Photo : Courtesy of Aytekin AlxasliJurnalist Aytəkin Alxaslı
Azərbaycanın məşhur jurnalisti: Darvinin dedikləri olur - FOTO - Sputnik Azərbaycan
Jurnalist Aytəkin Alxaslı

Gözə görünən və görünməyən qəhrəmanlarımız indi daha kimlərdir?! İndi həkimlərimizin fədakarlığı danılmazdır, insanların sağlamlığı keşiyində elə ayıq-sayıqlıqla dayanırlar ki, ürəyimizdən yalnız minnətdarlıq və təşəkkür hisslərini bildirmək keçir. Mən həkim tanıyıram ki, karantin başlayandan koronaviruslu xəstələrlə birbaşa təmasda olduğundan virusa yoluxdu,14 gün karantində qaldı. Xoşbəxtlikdən, özünü və ailəsini insanların sağlamlığı naminə təhlükədə qoyan bu həkimin son analizləri neqativ çıxdı və o, indi yenə ailəsindən çox, işinin başındadır. Mənim karantin xəstəxanalarında çalışan həkimlərimizlə bağlı xüsusi yazı hazırlamaq planlarım var. Karantində çalışan bir həkim xanım barədə xüsusi yazım olacaq. Hansı bölgədədir, hələ açıqlamıram,  bu mövzuda yalnız Operativ Qərargahın məlumatı açıqlandığından hələ təfərrüatlara varmıram. Karantindən sonra yazmağı planlaşdırıram. Sağlıq olsun! Bütün həkim-tibb heyətimiz alqışa layiqdir. Onlar günümüzün həm görünən, həm görünməyən qəhrəmanlarıdır.

Bir neçə gün əvvəl Rusiyadan Azərbaycana vətəndaşlarımız gəldilər. Sərhədçilərimiz DSX rəisi, general-polkovnik Elçin Quliyev başda olmaqla buraxılışa ciddi nəzarət edirdilər. Sərhədçi əsgər nə qədər maskada, əlcəkdə olsa da, gələn vətəndaşlarımızla birbaşa təmasda idi. Bütün əsgərlərimizi, Silahlı Qüvvələrimizin şəxsi heyətini gözə görünən qəhrəmanlarımız hesab edirəm.

Bu cür qəhrəmanlarımız hər sahədə var. Adicə bir misal. Çörəkbişirmə müəssisələrimizdə çörək bişirən qadınlarımız var. Onlar indi evlərindən çıxıb çörək bişirməsələr, çörək qıtlığı yaşayarıq. Əlləri var olsun!

Günün qəhrəmanları həm də polislərimizdir. Bu dəqiqə onların üzərinə böyük məsuliyyət düşür. Polislərimiz bu gün xüsusi karantin rejimilə bağlı onlara həvalə edilən mühüm vəzifənin öhdəsindən layiqincə gəlirlər. Təşəkkür hər birinə! Mən Qusar rayon Polis Şöbəsinin şəxsi heyətinin rəis Ziya Əliyev başda olmaqla asayişi necə qoruduqlarının şahidiyəm. Küçəyə çıxmasam da, eşidirəm. Hətta gecələr də Qusar polisi profilaktika ilə məşğuldur: səsgücləndiricilərlə biz sakinlərə müraciət edirlər ki,  evdən çıxmayaq, evdə qalaq. Minnətdarıq. Qusar sakinlərindən ricam odur ki, polislərimizi eşitsinlər, onların dediklərinə əməl etsinlər. Mən hüquq-mühafizə orqanlarımızı, prokurorluq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti əməkdaşlarımızı gözə görünən qəhrəmanlarımız hesab edirəm. Bir qədər əvvəl - martın 28-də DTX-nin yaranma günündə bir yazı hazırlamışdım. O yazıda xüsusi xidmət orqanı əməkdaşlarımızı gözəgörünməz qəhrəman adlandırmışdım. Onlar indi həm öz daimi fəaliyyətlərilə məşğuldurlar, həm də arzuolunmaz bu pandemiyanın söz silahı ilə qarşısını almaqdan ötrü gecə-gündüz işdədirlər. Var ol, DTX.

© Photo : Courtesy of Aytekin AlxasliJurnalist Aytəkin Alxaslı
Azərbaycanın məşhur jurnalisti: Darvinin dedikləri olur - FOTO - Sputnik Azərbaycan
Jurnalist Aytəkin Alxaslı

Bir sözlə, mən bu gün işinə, peşəsinə vicdanla, məsuliyyətlə yanaşan hər bir kəsi gözə görünən və görünməyən qəhrəman sanıram. Elə evdə oturub, qayda-qanuna əməl edib, karantinə son qoysaq, bu da bir qəhrəmanlıqdır. Özümüzü, ailəmizi, ətrafımızı, xalqımızı, cəmiyyətimizi virusun fəsadlarından qorumaq üçün evdə qalmağımıza səbr edib dözsək, biz də hamılıqla qəhrəman olarıq.

- Operativ Qərargah regionlarda koronavirusa yoluxanların sayını açıqladı. Qusarda digər rayonlara nisbətən yoluxanların sayı çoxdur. Bu sizi nə dərəcədə narahat edir?

- Bəli, bu rəqəm bizə çox şey deyir. Qusar sərhəd rayonudur. Qeydə alınan insanların virusa əsasən Rusiyadan və digər bölgələrdən gələnlərdən yoluxduğu ehtimal edilir. Qorxudur, əlbəttə. Amma öz işimi ehtiyatlı tutduğumdan, yeganə olaraq evdə qalmağa üstünlük verdiyimdən yoluxma riskindən uzağam. Amma bu rəqəm açıqlanandan sonra daha ehtiyatlı və məsuliyyətli olmağa çalışıram. Tamamilə karantindəyəm, dostlar!

Xəbər lenti
0