"O yarım milyardı özümüz daha səmərəli istifadə edə bilərik"

© AP Photo / Mark LennihanКупюры американских долларов, фото из архива
Купюры американских долларов, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Trampın sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus haqda məlumatları vaxtında çatdırmayıb, eləcə də həqiqəti dünya ictimaiyyətinə açıqlamayıb.

BAKI, 19 aprel — Sputnik. ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, hazırda onun administrasiyası, əgər bu il Ümumdünya Səhiyyə Təşkilatına illik maliyyə yardımı ayrılmasa, bunun üçün nəzərdə tutulan 500 milyon dolların sərf olunacağı variantları nəzərdən keçirir.

“Əgər bunu etməsək (ÜST-ü maliyyələşdirməsək  - red.), biz bu pulları daha səmərəli ehtiyaclarımızı ödəməyə yönəldə bilərik”, - Tramp deyib.

Çərşənbə axşamı Tramp bəyan edib ki, Vaşinqton ÜST-ün maliyyələşdirilməsini dayandırır. Onun sözlərinə görə, təşkilat koronavirus haqda məlumatları vaxtında çatdırmayıb, eləcə də həqiqəti dünya ictimaiyyətinə açıqlamayıb.

 

Xəbər lenti
0