CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyadan Azərbaycana gəlmək istəyənlərə xəbərdarlıq: sərhədə getməyin

© State Border Service of Azerbaijan RepublicBuraxılış məntəqəsində vəziyyət
Buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşlarımız www.evegedirem.info internet səhifəsində qeydiyyata düşməklə elektron növbə ardıcıllığına yazılacaqlar və beləliklə də onların Azərbaycana geri dönüşü prosesinə köməklik göstəriləcək

BAKI, 19 aprel - Sputnik. Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi müddətində Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın ölkəyə geri dönüşü ilə bağlı yeni onlayn qeydiyyat portal yaradılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, Rusiya ərazisində müvəqqəti olan və ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımız www.evegedirem.info internet səhifəsində qeydiyyata düşməklə elektron növbə ardıcıllığına yazılacaqlar və beləliklə də onların Azərbaycana geri dönüşü prosesinə köməklik göstəriləcək.

Граждан Азербайджана увозят из Магарамкентского района на турбазу в Дербент - Sputnik Azərbaycan
RUSİYA
Mənzil, ərzaq və siqaret – hakimiyyət və fəallar sərhəddə azərbaycanlılara kömək ediblər

"Bu ilin 18 aprel tarixindən başlayan qeydiyyat 23 aprel tarixi Moskva vaxtı ilə saat 00.00-dək davam edəcək.

Portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri təyin ediləcək, eləcə də vətəndaşların sərhəd-keçid məntəqələrindən müəyyən olunan sayda buraxılışının təmin olunması istiqamətində işlər tənzimlənəcək.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı vətəndaşlarının sərhəd keçid məntəqələrinə gedib gözləmələrinə heç bir lüzum yoxdur və yuxarıda qeyd olunan internet səhifəsində qeydiyyatdan keçən vətəndaşlara ölkəyə geri qayıtmaları ilə bağlı telefon zəngləri vasitəsilə öncədən məlumat veriləcəkdir.

Xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaş karantində yerləşdiriləcəkdir", - deyə məlumatda qeyd olunub.  

Xəbər lenti
0