İnsanların heyvanları əyləndirdiyi zaman yetişdi

© AFP 2024 / DANIEL LEAL-OLIVASЛондонский зоопарк, фото из архива
Лондонский зоопарк, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
London zooparkı Almaniyadakı Noymünster şəhərinin zooparkının atdığı addımları təkrar etməyə hazır deyil. Noymünsterdə vəsait çatışmazlığından bəzi iheyvanları digərlərinə yem etməyə hazırlaşırlar

BAKI, 19 aprel — Sputnik. Böyük Britaniyada karantinə görə insanların ziyarəti kəsildiyindən zooparklar çətinliklər yaşasa da, heyvanlar üçün adi həyat tərzinin saxlanılmasına çalışılır.

Sputnik Azərbaycan bildirir ki, RİA Novosti dünyanın karantində oturduğu vaxtda London zooparkının diqqət çatışmazlığını necə kompensasiya etdiyini araşdırıb.

London zooparkı və onun Avropanın ən böyük heyvanxanalarından olan Uipsneyd filialı hələ martın 21-dən, ölkədə karantin rejimi elan olunmazdan iki gün əvvəldən ziyarətçilərin üzünə bağlanıb. Əməkdaşlar ixtisar olunmuş iş rejimi ilə çalışırlar: veterinarlar və qəfəsləri təmizləyib heyvanları yemləyən işçilər növbə ilə işə çıxırlar. Bəziləri isə ictimai nəqliyyatda koronavirusa yoluxmaq riskini azaltmaq üçün müvəqqəti olaraq zooparkda yaşamağa başlayıblar.

Белый лев с двумя львятами, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıya ağ aslanlar gələcək

London Zooloji Cəmiyyətinin (Zoological Society of London) başçısı Dominik Cermi xatırladıb ki, London zooparkı hətta İkinci Dünya Müharibəsi dövründə cəmi iki həftə bağlı qalıb. Şəhər hökuməti lonldonluları mənəvi cəhətdən dəstəkləmək üçün zooparkın tezliklə açılmasını xahiş edib. Ancaq koronavirus pandemiyası şəraitində bu variant istisnadır. 

Cerminin sözlərinə görə, heyvanlara gərək olan bütün prosedurlar karantin dövründə də əvvəlki kimi yerinə yetirilir: sağlıq durumları, çəkiləri yoxlanılır. Hansı heyvan üçün vacibdirsə, onlar gündəlik gəzintiyə çıxarılır.

“ZSL əməkdaşları təmkinlərini qoruyur və hər gün yemək hazırlayır, qəfəsləri təmizləyir, heyvanların dırnaqlarını yoxlayır, təbii vərdişlərinin qorunması üçün onlara müxtəlif tapşırıqlar fikirləşib tapırlar ki, bizim heyvanların həyatı ziyarətçilər olmayan dövrdə normal duruma yaxın olsun”, - o qeyd edib.

Heyvanların təbii vərdişlərini itirməməsi, yeknəsəqlikdən yorulmamaları üçün işçilər onların qidasını xüsusi yerlərdə gizləyirlər. Hansısa heyvan yeməyini qazıb çıxarmalı, kimisi isə onu əldə etmək üçün tullanmalı, kimisi də ağaca dırmaşmalı olur.

“Bəzi heyvanlar, məsələn, cırtdan keçilər, ziyarətçilərin diqqəti üçün çox darıxırlar. Zooparkın əməkdaşları bu çatışmazlığı öz güclərinə aradan qaldırmağa çalışırlar”, - Cermi qeyd edib.

London zooparkı rəsmisinin sözlərinə görə, hazırda orada 18 min heyvan saxlanılır. Ziyarətçisiz qalmış zoopark müvəqqəti çətinlik keçirir və britaniyalıları birdəfəlik, yaxud aylıq yardım qismində 10 və ya 40 funt-sterlinq dəyərində ianələr etməyə səsləyir.

“London zooparkı möhtəşəm şirlərdən tutmuş xırdaca qurbağalar da daxil olmaqla 18 min sakini üçün ziyarətçilərə bağlı olduğu müddətdə yardım istəyir”, - Cermi deyib.

Eyni zamanda London zooparkı Almaniyadakı Noymünster şəhərinin zooparkının atdığı addımları təkrar etməyə hazır deyil. Noymünsterdə vəsait çatışmazlığından bəzi iheyvanları digərlərinə yem etməyə hazırlaşırlar.

“Bizim prioritetimiz bütün heyvanlarımızın salamatlığı və təhlükəsizliyidir. Qida əldə etmək üçün müxtəlif və təhlükəsiz çatdırılma zəncirlərimiz var və tədarükdə çətinlik gözləmirik”, - London zooparkının rəsmisi bildirib.


Xəbər lenti
0