CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı musiqiçi italyan əri ilə birlikdə həmvətənlərinin Avropaya yolunu açır

© Photo : Facebook / Kamalia Ali-ZadehКямаля Ализаде и Стефано Мускаритоло
Кямаля Ализаде и Стефано Мускаритоло - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq müsabiqənin işltirakçıları Kəmalə Əlizadə ilə həyat yoldaşı Stefano Muskaritolonun əsərlərini ifa edəcəklər. Özü də bu, müğənnilərin onlayn formatda keçirilən ilk müsabiqəsi olacaq

BAKI, 19 aprel — Sputnik. Azərbaycanlı pianoçu və bəstəkar Kəmalə Əlizadə və onun həyat yoldaşı, italiyalı bəstəkar, musiqişünas Stefano Muskaritolo The Beautiful Si Bemolle Beynəlxalq opera vokalı onlayn müsabiqəsinin münsiflər heyətinə daxil ediliblər.

Kəmalə Əlizadə Sputnik Azərbaycan-a bildirib ki, bu layihə opera musiqisi ifaçılarına adlarından söz etdirməyə, dünya opera səhnəsində dəstək alaraq irəliləməyə imkan yaradır.

“Bu yaxınlarda mən və həyat yoldaşım İtaliyadan The Beautiful Si Bemolle Beynəlxalq opera vokalı onlayn müsabiqəsinin münsiflər heyətinə daxil olmaq barədə təklif aldıq. Koronavirus pandemiyasına görə ilk dəfə olaraq müsabiqə onlayn formatda keçiriləcək. Proqramda klassik əsərlərlə yanaşı, iştirakçılar mənimlə həyat yoldaşım Stefano Muskaritolonun əsərlərimizi ifa edəcəklər. Dəvətə görə vokalçı Tamara Tarskix və prodüser Anjelo Bassiyə təşəkkür edirik”, - Əlizadə bildirib. 

Münsiflər heyəti müğənnilərin videoçıxışlarını dəyərləndirərək qalibləri müəyyən edəcək və hər bir iştirakçıya sonrakı peşəkar inkişafı üçün fərdi tövsiyə məktubu təqdim edəcək.

Müsabiqənin qalibləri 2021-ci ildə San-Remoda keçiriləcək qala-konsertdə iştirak edəcəklər. Birinci yerin qalibi 500, ikinci yerin qalibi – 250, üçüncü isə 100 avro və bir pulsuz onlayn dərs qazanacaq.

Yarışda iştirak etmək istəyənlər opera repertuarından bir hissəni ifa edərək video hazırlayıb (əsəri iştirakçı öz zövqünə görə seçir) onu iyunun 26-dək oltreilteatro@gmail.com ünvanına göndərə bilərlər.

Xəbər lenti
0