"Hollivud stilində nağıllar": Onlar ötən yayı "diriltmək" istəyirlər?

© AFP 2024 / HANDOUTАмериканский военный корабль USS Thunderbolt в Персидском заливе
Американский военный корабль USS Thunderbolt в Персидском заливе - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ hərbçiləri deyiblər ki, İran katerləri Amerika gəmilərinin çox yaxınlığından və sürətlə keçərək yolunu kəsməyə çalışıb

BAKI, 19 aprel — Sputnik. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində Amerika gəmiləri ilə bağlı epizodu şərh edərkən bildirib ki, ABŞ-ın körfəzdəki istənilən səhvinə “sərt cavab” verəcək.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Tasnim agentliyi yayıb.

SEPAH HDQ bəyanatında aprelin 15-də Fars körfəzində ABŞ gəmiləri ilə bağlı insident baş verdiyini təsdiqləyib, ancaq onun detallarını təkzib edərək bildirib ki, məhz ABŞ təhrikçi və təhlükəli hərəkətlərə yol verib. Amerikalıların insident barədə versiyasını isə “Hollivud stilində nağıl” adlandırıb.

“Biz amerikalılara Fars və Oman körfəzlərində beynəlxalq qayda və dəniz protokollarına riayət etməyi, eləcə də istənilən avantüradan və yalançı məlumat yaymaqdan qaçmağı məsləhət görürük. SEPAH HDQ və İranın Silahlı Qüvvələri xarici qüvvələrin regionda milli təhlükəsizliyə qarşı yönələn hərəkətlərini qırmızı xətt sayır və istənilən səhvə qətiyyətli cavab verəcək”, - bəyanatda deyilir.

SEPAH həmçinin aprelin 6 və 7-də də İran gəmisini ələ keçirən Amerika donanmasının fəaliyyətini  təhlükəli və qeyri-peşəkar adlandıraraq bəyan edib ki, bu epizodlardan sonra Fars körfəzində patrulu gücləndirməyə qərar verib.

ABŞ HDQ Mərkəzi Komandanlığı isə öz növbəsində bildirmişdi ki, aprelin 15-də Fars körfəzində SEPAH-a məxsus katerlər Amerika hərbi gəmilərinin yaxınlığında təhlükəli manevrlər edib. ABŞ hərbçiləri deyiblər ki, katerlər Amerika gəmilərinin çox yaxınlığından və sürətlə keçərək yolunu kəsməyə çalışıb. Bildirilir ki, katerlər gəmilərdən birinə 45, digərinə 10 m yaxınlaşıb. Ancaq təxminən 1 saatdan sonra rasiya ilə çağırışlara cavab verərək Amerika gəmilərindən aralanıblar.

Bu məlumata cavab olaraq İranın Müdafiə naziri Əmir Hatəmi bəyan etmişdi ki, ABŞ-ın bölgədəki mövcudluğu regionun təhlükəsizliyini risk altında qoyur.

Xəbər lenti
0