BAKI, 19 aprel – Sputnik, Kəmalə Əliyeva. Son zamanlar sosial şəbəkələrdə peşəkar azərbaycanlı rəqqas Yeqor Anisimovun yaratdığı qeyri-adi obraz müzakirə mövzusu olub. Bu kişi banka da, mağazaya da dezinfeksiya mütəxəssislərinin geyiminə bənzər bəyaz kombinezonda, üzündə də əleyhqaz gedir. Özü və yeni, qeyri-adi obrazı haqda Y.Anisimov Sputnik Azərbaycan-a danışıb.
Посмотреть эту публикацию в Instagram
O, artıq 25 ildir rəqslə, 10 il də pedaqoji fəaliyyətlə məşğuldur. Onun The Legend dance studio rəqs studiyası var. Anisimovun tələbələri müasir rəqslər üzrə Azərbaycan və Gürcüstan çempionları olublar. Bundan əlavə, onun şouları təşkil edən komandası da var.
“Biz istənilən formatda – alovla, işıqla, lazerlə, piksellə - şoular hazırlayırıq. Müxtəlif obyektlərin, klubların, çempionatların açılışında, bayramlarda işləyirik. Gürcüstanda 2017-2018-ci illərdə keçirilmiş beynəlxalq tədbirlərdə ən yaxşı şouya görə mükafatlandırılmışıq. Diamond Globe Awards 2019 Baku versiyası üzrə ən yaxşı şou adını qazanmışıq. Bu il martın sonunda növbəti çempionata yollanmalı idik, ancaq pandemiya mane oldu”, - Anisimov deyir.
Посмотреть эту публикацию в Instagram
Karantində başını qatmaq üçün rəqqas video çəkmək qərarına gəlib və özünə qeyri-adi obraz da fikirləşib. Anisimov Facebook səhifəsində dostlarına müraciət edərək əleyhqaz tapmaları üçün yardım istyib. Tanışlarından biri ona kömək edib.
Əvvəlcə Anisimov mağazalara ancaq əleyhqaz taxaraq gedib video çəkirmiş. Sonra isə dostu ona ağ rəngli qoruyucu kostyum verib. Bu isə rəqqasın obrazını tamamlayıb. İndiyədək bu geyimdə onun heç bir problemi olmayıb, hətta polislər də onu heç vaxt saxlamayıblar.
Посмотреть эту публикацию в Instagram
“Öz səhifəmdə bu obrazda olduğum videonu paylaşanda sosial şəbəkədə bu qədər müzakirə olunacağını, insanların diqqətini cəlb edəcəyini gözləmirdim. Hətta rəqs videosu da çəkməyi qərara aldım. Bundan başqa, banka, mağazaya bu geyimdə gedərək də videolar çəkirdim, bu da sosial şəbəkədə xeyli baxış sayı toplayır. Heç belə reaksiya gözləmirdim”, - Anisimov etriaf edib.
O, hətta maskalı adamların təəccüblü baxışlarını da çəkib. Onun sözlərinə görə, bu adamların çoxusu şoka düşümüşdülər və onun gizlicə həm şəklini, həm də videosunu çəkiblər. Rəqqas hesab edir ki, digərləri ilə müqayisədə daha təhlükəsiz geyinir və elə bu geyim də onu koronavirusdan qoruyur.
Bəzi gənclər isə onun obrazını təkrarlayaraq küçəyə əleyhqaz taxaraq çıxırlar.
“İstəyirəm ki, hər kəs öz ağlı ilə düşünsün. Mən əleyhqaz taxmaq kultu yaratmaq istəmirım. Mən bunu pozitiv fikirlərlə edirəm və insanlara xeyirxahlıqla yanaşıram. İstəmərəm ki, kimsə belə geyimdə oğurluq və s. kimi pis işlər görsün”, - Anisimov qeyd edib.
Rəqqas karantin müddətində insanları bu obrazda sevindirməyə davam etmək fikrindədir.