Adına layiq dövlət borcu – bu il rekord vuracaqlar

© Sputnik / Murad OrujovКупюра номиналом в 50 долларов, фото из архива
Купюра номиналом в 50 долларов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sahibkarlar seçim qarşısında qalıblar: ya kredit ödənişlərini təxirə salmalı, ya da əməkdaşları işdən qovmalıdırlar

BAKI, 19 aprel — Sputnik. Amerika Birləşmiş Ştatlarının dövlət borcu, eləcə də amerika korporasiyalarının borcu koronavirus pandemiyasına görə 2020-ci ildə rekord həddə çatacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Washington Post yazır.

Federal büdcədə kəsir 1945-ci ildən bu yana ilk dəfə dörd trilyon dollara çatacaq. ExxonMobil və Walgreens kimi nəhəng korporasiyalar isə artıq kreditə götürdükləri borcu sərf etsələr də yenə də maliyyə vəsaitinə ehtiyac duyurlar.

Sahibkarlar seçim qarşısında qalıblar: ya kredit ödənişlərini təxirə salmalı, ya da əməkdaşları işdən qovmalıdırlar. Banklar artıq vətəndaşlardan tələbə kreditlərini və kredit kartları üzrə borcları ödəmələrini tələb edib.

“Biz artıq narahat olmağa başlamalıyıq. Biz borcun elə bir həddindən danışırıq ki, dünya tarixində hələ ona tay olmayıb. Biz dəqiq olaraq geridönüşü mümkün olmayan nöqtəyə yaxınlaşırıq”, - Prinston Universitetinin iqtisad üzrə professoru Atif Mian deyib.

İqtisadiyyatı dəstəkləmək məqsədilə Federal Ehtiyatlar Sistemi baza stavkasını sıfırlayıb, öz portfelinə də 2 trilyon dollar əlavə edib: Böyük depressiyadan sonrakı dörd il ərzində də eyni məbləğdə pul əlavə olunmuşdu.

Maliyyə naziri Stiven Mnuçin bir qədər öncə demişdi ki, epidemiya səbəbindən ziyan çəkən biznesi dəstəkləmək üçün dövlətin öz puluna heyfi gəlməməlidir.

“İndi stavkalar o qədər aşağıdır ki, pul borc almaq çox ucuzdur. Gələcəkdə biz defisiti ləğv edəcəyik, amma indi bunun dərdini çəkməyin vaxtı deyil”, - nazir izah edib.

Beynəlxalq Valyuta Fondunun hesablamasına görə, ABŞ-ın ÜDM-i cari ilin sonunadək 5,9%-dək azalacaq, qarşıda isə nəhəng rüblük çökmə (JP Morgan-ın qiymətləndirməsinə görə, 40%-dək) gözlənilir.

Xəbər lenti
0