Səudiyyə qərar verdi: Koronavirusa görə bayram namazı evlərdə qılınacaq

© Sputnik / Said Tsarnaev / Mediabanka keçidВерующий на намазе, фото из арвиха
Верующий на намазе, фото из арвиха - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistanında koronovirusdan ölənlərin sayı 87-ə çatıb, koronovirusa yoluxanların sayı 7 mini keçib.

BAKI, 18 aprel — Sputnik. Səudiyyə Ərəbistanın baş müftisi Əbdüləziz Əl-Şeyx koronavirus pandemiyası ilə bağlı Ramazan ayında bayram namazının evlərdə qılınacağını açıqlayıb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, baş müfti pandemiya ilə mübarizə tədbirləri çərçivəsində Ramazan ayında əməl ediləcək qaydalarla əlaqədar açıqlama verib.

Baş müfti pandemiya uzanarsa və Ramazan ayının sonuna qədər görülən tədbirlər davam edərsə, evlərdə bayram namazının qılınacağını söyləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında cümə namazlarının qılınması təxirə salınıb. Pandemiya səbəbindən Məkkə və Mədinədə də namaz qılmaq qadağan edilib. Səudiyyə Ərəbistanında koronovirusdan ölənlərin sayı 87-ə çatıb, koronovirusa yoluxanların sayı 7 mini keçib.

Xəbər lenti
0