Koronavirusa inanmayan prezident özündən də pis naziri işdən qovdu

© REUTERS / ADRIANO MACHADOЖаир Болсонару
Жаир Болсонару - Sputnik Azərbaycan
Abunə olmaq
Jair Bolsonaru özü də koronavirusla mübarizəyə ciddi səy göstərmir, pandemiya zamanı insanlar kütləvi olduğu yerə, mağazaya gedirdi. Onun mövqeyi və atdığı addımlar ölkədə ciddi tənqid olunurdu.

BAKI, 18 aprel — Sputnik. Braziliyanın Səhiyyə naziri qovulduğunu söyləyib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Braziliya prezidenti Jair Bolsonaru koronavirusu elə də ciddiyə almayan, lazımi tədbirləri zamanında edilməsi ilə bağlı əmrlər verməyən ölkənin Səhiyyə naziri Enriqi Mandetta ilə aralarında yaranan anlaşılmazlığa görə onu vəzifəsindən uzaqlaşdırıb.

Девушка из школы самбы Grande Rio выступает в первый вечре карнавала в Рио-де-Жанейро, Бразилия - Sputnik Azərbaycan
Dünyanın gözü orda - Braziliyada karnaval başlayır

Mandetta isə bununla bağlı olaraq özünün sosial media hesabında paylaşım edərək “mənə nazirliyə rəhbərlik etmə fürsəti, vəzifəsi verildiyi üçün təşəkkür edirəm” deyə bildirib.

Qeyd edək ki, bir neçə gün bundan öncə sabiq Səhiyyə naziri ölkə başçısı ilə aralarında yaşanan anlaşılmazlıqdan bəhs edərək yaxın günlərdə istefa verəcəyini də bildirmişdi.

Artıq ölkənin yeni səhiyyə nazirinin kim olduğu da bəllidir. Prezident bu posta inkoloq Nelson Texi layiq görüb.

Maraqlıdır ki, Jair Bolsonaru özü də koronavirusla mübarizəyə ciddi səy göstərmir, pandemiya zamanı insanlar kütləvi olduğu yerə, mağazaya gedirdi. Onun mövqeyi və atdığı addımlar ölkədə ciddi tənqid olunurdu.

Qeyd edək ki, bu dəqiqəyə olan son rəqəmlərə görə, ölkədə koronavirusdan dünyasını dəyişənlərin sayı 924, ümumilikdə virusa yoluxanların sayı isə 30 min 425 olub.

Xəbər lenti
0