Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya koronavirusla bağlı daha bir test hazırladı

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Yefimov koronavirus pandemiyasının mövcud şərtlərində bu prosedurun mümkün qədər sadələşdirildiyini vurğulayıb

BAKI, 18 aprel — Sputnik. Rusiyada insanların koronavirusa qarşı antitellərini müəyyən edə biləcək test sistem hazırlanıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Hematologiya Tədqiqat Mərkəzinin Transplant İmmunologiya laboratoriyasının müdiri Qriqori Yefimov öz "Facebook" səhifəsində yazıb.

Медицинский работники в Франции перевозят пациента с COVİD-19, фото из архива  - Sputnik Azərbaycan
Dəhşətli rəqəm: Koronavirus qurbanlarının sayı 150 min nəfəri ötüb

Hazırda testlərin kliniki sınağı başlanıb. Sınaqlar uğurla başa çatdıqdan sonra tərtibatçılar testin dövlət qeydiyyatı üçün müraciət etmək niyyətindədirlər. Eyni zamanda, Yefimov koronavirus pandemiyasının mövcud şərtlərində bu prosedurun mümkün qədər sadələşdirildiyini vurğulayıb: "Test yalnız xəstələnməni müəyyən etməyəcək, həm də, yüksək antitel konsentrasiyası olan insanları da seçəcək. Onların plazmasından ağır xəstələrin müalicəsində istifadə edilə bilər".

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Vençur şirkətinə məxsus Biofonda daxil olan "Genetico" genetik və reproduktiv tibb mərkəzi insanların qanında COVID-19-a qarşı antitellərin aşkarlanması üçün test hazırladığını qeyd etmişdi. Tibb mərkəzinin hazırlayacağı test virusun özünü deyil, ona qarşı antitelləri və immuniteti müəyyən edəcək. Onun köməyi ilə xəstəliyi artıq keçirmiş, o cümlədən zəif və ya asimptomatik formada keçirmiş insanları müəyyən etmək mümkün olacaq. O, həmçinin virusa hələ də yoluxmamış və ona immuniteti olmayan insanları aşkar etməyə kömək edəcək.

Xəbər lenti
0