BAKI, 18 aprel — Sputnik. İnsanın İmmunçatışmazlığı Virusunu (İİV) aşkar etdiyinə görə beynəlxalq mükafata layiq görülmüş fransalı Nobel mükafatı laureatı Lük Montanye (Luc Montagnier) koronavirusun laboratoriyada yaradıldığını iddia edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Le Parisien" nəşri yazır.
Professor Montanye hesab edir ki, SARS-CoV-2 virusu bioloqlar tərəfindən hazırlanıb. Bu zaman virusa İİV hissəcikləri də əlavə edilib.
Virusun yaradılması məqsədi haqqında danışarkən, alim bunun bəlkə də QİÇS-ə qarşı peyvənd yaratmaq istəyi ilə edildiyini deyib. Həmçinin Montanyenin fikrincə, yeni koronavirus Çinin Uhan şəhərindəki laboratoriyadan çıxıb.
Bununla yanaşı "Le Parisien" yazır ki, digər virusoloqlar Nobel mükafatı laureatının bu iddiasını təkzib edirlər.