CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallıdan Saray postuna qədər gəldi, narkotiklə tutuldu

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Taksidə sərnişinin üzərinə baxış keçirilən zaman "Şüşə" adlanan narkotik vasitə olan metamfetamin aşkar edilib.

BAKI, 18 aprel — Sputnik. Aprelin 18-də, saat 02:20-də Bakı-Quba-Dağıstan avtomobil yolunun 23-cü kilometrliyində yerləşən stasionar YPX postunda Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci taqımının əməkdaşları tərəfindən "Renault" markalı taksi minik avtomobili saxlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, yoxlama zamanı avtomobildə sərnişin qismində gedən 1986-cı il təvəllüdlü, Masallı rayon sakini Şirinov Rüfət Feyruz oğlu xüsusi karantin rejimini pozduğuna görə barəsində sənədləşmə aparılması üçün posta dəvət edilıb.

Onun narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan Abşeron rayon polis idarəsinə gətirilib. Üzərinə baxış keçirilən zaman "Şüşə" adlanan narkotik vasitə olan metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0