Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 18 aprel — Sputnik. Tanınmış rusiyalı aparıcı Andrey Malaxov özünün "Andrey Malaxov. Canlı yayım" proqramında Ulan-Udedə ehtiyacı olan şəxslərə yardım edən Xalid Heydərovu göstərib.
Sputnik Azərbaycan xəbər verir ki, aparıcı koronavirus pandemiyası ilə əlaqədar bir çox insanın xeyriyyə işləri ilə məşğul olduğunu deyib və nümunə kimi X. Heydərovu göstərib.
X. Heydərov 8 ildir ki Ulan-Udedə kiçik meyvə dükanı açıb. Pandemiya dönəmində X. Heydərov öz təşəbbüsü ilə insanlara yardım etməyə qərar verib. O, özü ehtiyacı olan şəxslərə ərzaq yardımı aparır. "Canlı yayım" vasitəsilə Heydərov tamaşaçılara bildirib ki, ehtiyacı olanlar ərzaq üçün özləri də onun mağazasına gələ bilər. Bundan əlavə, o, hamıdan ehtiyacı olan şəxslərə yardım etmək üçün ona qoşulmağı xahiş edib.
Xatırladaq ki, Xalid Heydərov İmişli rayonun Ağcüyür kəndindəndir. O Ulan-Udeyə 2009-cu ildə köçüb.