BAKI, 18 aprel — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı baş nazir Əli Əsədov imzalayıb.
Qeyd edilir ki, bununla əlaqədar Azərbaycan Respublikası ilə Gürcüstan arasında, eləcə də Azərbaycan Respublikası ilə İran arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.