Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bir gündə 40 nəfər – Rusiyada ölənlərin sayı artır

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidУ карантинного центра по коронавирусу в Коммунарке в Москве, фото из архива
У карантинного центра по коронавирусу в Коммунарке в Москве, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla da yoluxanların sayı 36 793 nəfərə, ölənlərin sayı 313-ə, sağalanların sayı isə 3 057 nəfərə çatıb.

BAKI, 18 aprel — Sputnik. Rusiyada son bir gündə 4 785 nəfərə koronavirus diaqnozu qoyulub. Sputnik Azərbaycan xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Иранские солдаты маршируют во время парада, посвященного Дню армии, в Тегеране, фото из архива - Sputnik Azərbaycan
Onları koronavirus da dayandırmır

Sutka ərzində isə 40 nəfər xəstəlikdən ölüb. Məlumata görə, bununla da yoluxanların sayı 36 793 nəfərə, ölənlərin sayı 313-ə, sağalanların sayı isə 3 057 nəfərə çatıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 2 649. Ümumiyyətlə, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 252 000-i ötüb. Bunların 574 818 nəfəri sağalıb, 154 331 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0