Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Günəmuzd çalışanlara şad xəbər

© Sputnik / Murad OrujovPul sayan qadın, arxiv şəkli
Pul sayan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik ödəniş nağd qaydada verilə biləcək

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. "Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişiklik ediləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Nağdsız hesablaşmalar haqqında" qanuna yeni 3.3-1-ci maddə əlavə edilir.

Həmin əlavəyə görə, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilmir.

Dəyişiklik Milli Məclisin aprelin 17-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0