BAKI, 16 aprel — Sputnik. Bakı Şəhər Statistika İdarəsi “Loğman Klinikası” MMC barəsində inzibati protokol tərtib edib.
Bu barədə BŞSİ-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, protokol 2020-ci ilin yanvar ayı üzrə fevralın 15-dək 4 əmək hesabatının təqdim edilməməsinə görə tərtib olunub: "Həmin müəssisəyə 26 fevralda dəvət məktubu göndərilib. 4 martda protokol tərtib olunub və surəti mühasib Məmmədov Kənan tərəfindən imzalanaraq götürülüb. 16 martda isə hakim Mətanət Hacıyeva qərardad qəbul edərək sənədləri geri qaytarıb. Sənədlərin geri qaytarılmasına səbəb olaraq isə onların tam olmadığı qeyd olunub. Biz isə sənədlərin tam olması haqda yenidən Nizami rayon məhkəməsinə müraciət etmişik".