BAKI, 16 aprel — Sputnik. “Karantin rejiminin uzadılması ilə bağlı lazımi və zəruri qərarlar qəbul ediləcək”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu gün qənaətbəxş hesab edilən vəziyyət dəyişə də bilər: "Hazırda koronavirusla bağlı stabilləşmə müşahidə olunsa da, ölkəmizdə vəziyyətin dinamikasının dəyişməsi baş verə bilər. Amma bu günə sanitar-epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilir".