İranda koronavirusa yoluxanların sayı daha da artdı

© Sputnik / Anton Bystrov / Mediabanka keçidСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
Bir gün ərzində 92 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4869-a çatıb

BAKI, 16 aprel — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 1606 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur bildirib.

"Son 24 saat ərzində koronavirusa 1606 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 77995-ə çatıb. Bir gün ərzində 92 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4869-a çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 77995 şəxsdən 52 min 229-u sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 milyonu keçib, 126 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0