Həbibin qələbə fotosunun müəllifi koronavirusdan öldü - FOTO

© AP Photo / Kathy WillensПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Kauzi karyerası boyunca döyüş idman növlərində çox sayda fotoşəklin müəllifi olub. 2018-ci ildə "UFC" çempionu adı uğrunda döyüş zamanı Həbibin Makqreqora qarşı ağrı fəndi işlədərək qələbə qazanması məhz onun obyektivinə düşüb.

BAKI, 16 aprel — Sputnik. "New York Post" qəzetinin məşhur idman fotoqrafı Entoni Kauzi 48 yaşında koronavirusdan dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, Kauzi "UFC" adı ilə tanınan qarışıq döyüş növlərinin beynəlxalq çempionatı tarixində çəkilmiş ən məşhur fotoşəkillərdən birinin müəllifdir.

Belə ki, 2018-ci ilin payızında yüngül çəkidə "UFC" çempionu adı uğrunda rusiyalı və irlandiyalı döyüşçülər Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında baş tutmuş döyüş zamanı Həbibin rəqibinə qarşı ağrı fəndi işlədərək qələbə qazanması məhz Kauzinin obyektivinə düşüb.

A post shared by Anthony Causi (@acausi) on

Kauzi karyerası boyunca döyüş idman növlərində çox sayda fotoşəklin müəllifi olub. O, karyerasına "New York Post" qəzetində ştatdankənar fotoqraf kimi başlayıb, lakin bir neçə ildən sonra fotoredaktor vəzifəsinə yüksəlib. Bu il isə Entoninin "New York Post"da işləməsinin 25 ili tamam olacaqdı.

Martın 22-də Entoni özünün "Instagram" səhifəsində üzündə oksigen maskası ilə şəklini yerləşdirib. Qeyddə isə bunun məhz onun başına gəldiyinə təəccübləndiyini yazıb.

"Heç vaxt belə bir şeyin mənim başa gələcəyini düşünməmişdim. Özümü məhvedilməz hesab edirdim", - Kauzi yazıb.

Xəbər verilir ki, Kauzi aprelin 12-də üç həftə davam etmiş xəstəlikdən sonra Nyu Yorkdakı "North Shore" Universitetinin Xəstəxanasında vəfat edib.

Entoninin ölümü haqqında xəbər tutduqdan sonra sözügedən tarixi fotoşəklin qəhrəmanı, "UFC" döyüşçüsü Konor Makqreqor onun ailəsinə başsağlığı verib. "UFC", eləcə Kauzinin əməkdaşlıq etdiyi "US Open" tennis turnirin təşkilatçıları da onun ölümü ilə bağlı sosial şəbəkələrdə başsağlığı bildiriblər.

Xəbər lenti
0