İstər epidemiya dövründə, istərsə də adi vaxtlarda müalicə müəssisələrində viruslara qarşı müdafiə vasitələrindən biri kimi tibbi respirator və ya maska taxmaq məsləhət görülür. Bəzi ölkələrdə, koronavirus pandemiyası ilə əlaqədar olaraq küçəyə çıxarkən və ictimai yerlərdə olarkən maskaların taxılması məcburidir. Bu maskalar onları taxan insanları infeksiyadan qorumaq üçün yox, daha çox maskası olmayanlara infeksiyanı yoluxdurmamaq üçün tövsiyə edilir. Çünki koronavirusun uzun inkubasiya dövrü var və daşıyıcısının özünün belə yoluxduğunu bilməməsi mümkündür.
Tibbi respiratorlara və maskalara böyük tələbat bəzi ölkələrdə bu müdafiə vasitələrinin çatışmazlığına gətirib çıxarıb. Tibbi ticarət şəbəkələri belə bir tələb üçün hazır olmadıqlarını sübut etdilər. Belə vəziyyətdə bəzi adamların ağlına ətrafdakı insanları maskalarla təchiz etmək fikri gəldi.
Kustar üsulla istehsal edilən bəzi maskaları görəndə, onları icad edən şəxslərin təxəyyülü sadəcə insanı təəccübləndirir. Həkimlər belə maskaların səmərəsiz olduğunu düşünsələr də, başqa seçimin olmadığı zaman nə edə bilərsiniz?