CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronaviruslu xəstə müalicədən niyə imtina edir?

© AP Photo / Jae C. HongЧеловек в медицинской маске, фото из архива
Человек в медицинской маске, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şəxsə hər iki testinin nəticəsinin pozitiv olduğu barədə dəfələrlə məlumat verilib və laborator nəticələr ona təqdim edilib

BAKI, 16 aprel — Sputnik. "Son günlərdə Gəncə şəhər sakininin koronavirus testinin nəticəsi neqativ olduğu halda Goranboy Rayon Mərkəzi Xəstəxanasında koronaviruslu xəstələrlə birgə məcburi müalicəyə cəlb olunduğu iddiaları ilə sosial şəbəkələrdə yaydığı videomaterialla bağlı bildiririk ki, vətəndaşdan 11 və 13 aprel 2020-ci il tarixlərdə koronavirus analizi üçün nümunə götürülüb və hər iki testin nəticəsi pozitiv olub".

Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib. O, videomaterialda iddia edilən məsələyə belə aydınlıq gətirib: "İddia edilir ki, vətəndaşa sms sistemi vasitəsilə testinin nəticəsinin neqativ olduğu barədə ismarıc göndərilib. Qeyd olunan məsələ dərhal TƏBİB tərəfindən araşdırılıb və məlum olub ki, sözügedən şəxs eyni zamanda, Gəncə Şəhər 6 saylı Poliklinikanın qeydiyyat şöbəsinin əməkdaşıdır. Analiz üçün nümunələr götürülən zaman, bir neçə şəxs eyni telefon nömrəsi qeyd etdiyindən, həmin şəxslərdən birinin test nəticəsi sms vasitəsilə göndərilib. Buna baxmayaraq, şəxsə hər iki testinin nəticəsinin pozitiv olduğu barədə dəfələrlə məlumat verilib və laborator nəticələr vətəndaşa təqdim edilib".

Onun sözlərinə görə, vətəndaş müalicə almaqdan imtina edərək dəfələrlə karantin qaydalarını pozmağa cəhd edib.

Xəbər lenti
0