CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Havadan hücum olarsa, belə qorunacağıq - VİDEO

© AR Ministry of DefenceAzərbaycan HHM bölmələrində taktiki-xüsusi məşqləri
Azərbaycan HHM bölmələrində taktiki-xüsusi məşqləri - Sputnik Azərbaycan
Abunə olmaq
S-125 zenit-raket komplekslərinin döyüş heyətləri şərti düşmən hədəflərini aşkarlayaraq praktiki atışlarla onları məhv edib.

BAKI, 16 aprel — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlim-məşqləri keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

S-125 zenit-raket komplekslərinin döyüş heyətləri şərti düşmən hədəflərini aşkarlayaraq praktiki atışlarla onları məhv edib.

Şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib.

Xəbər lenti
0