CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah Milli Məclisin iclasında 24 məsələ müzakirə ediləcək

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
"Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "İşsizlikdən sığorta haqqında", "Məşğulluq haqqında", "Dövlət rüsumu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" və digər qanunlarda dəyişikliklərə baxılacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda 24 məsələ müzakirə ediləcək.

İlk olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" qanunlarda, "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişikliklərə üçüncü oxunuşda baxılacaq.

Cinayət, İnzibati Xətalar, Miqrasiya, Əmək, Torpaq, Vergi, Gömrük, Şəhərsalma və Tikinti və digər məcəllələrdə dəyişikliklər müzakirəyə çıxarılacaq.

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında", "Dövlət rüsumu haqqında", "Dövlət satınalmaları haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Sərhəd mühafizə orqanları haqqında", "Təhsil haqqında", "Peşə təhsili haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

"Yol hərəkəti haqqında", "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "İşsizlikdən sığorta haqqında", "Məşğulluq haqqında", "Dövlət rüsumu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Yeyinti məhsulları haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

"Hərbi qulluqçuların statusu haqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında", "İctimai televiziya və radio yayımı haqqında" və digər qanunlarda dəyişiklər müzakirə ediləcək.

İclasda "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" yeni qanun layihəsinə də baxılacaq.

Xəbər lenti
0