Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qadın həmcinsinin 30 min manatlıq qızılını oğurladı

© Sputnik / Irade JELILЗолотые украшения, фото из архива
Золотые украшения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisəni törədən şəxsin Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü C.Əliyeva olduğu müəyyən edilərək saxlanılıb.

BAKI, 16 aprel — Sputnik. Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib. Sputnik Azərbaycan hüquq mühafizə orqanlarının məlumatına istinadla xəbər verir ki, Nərimanov rayon sakini N.Rzayeva Nərimanov rayon Polis İdarəsinə müraciət edərək mənzilindən 30 min manat dəyərində qızıl-zinyət əşyalarının oğurlandığını deyib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü C.Əliyeva olduğu müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Xəbər lenti
0