Sabahdan onlara minik maşınları yasaqdır

© AFP 2024 / VANO SHLAMOVСитуация в связи с эпидемиологической обстановкой в Грузии
Ситуация в связи с эпидемиологической обстановкой в Грузии - Sputnik Azərbaycan
Abunə olmaq
Bu günə olan son məlumata görə, Gürcüstanda SARS-CoV-2 koronavirusuna yoluxanların sayı 348-ə çatıb, bunlardan 76 nəfər sağalıb. Üç nəfər isə dünyasını dəyişib

BAKI, 16 aprel – Sputnik. Gürcüstan hökuməti aprelin 17-dən 21-dək ölkədə minik avtomobillərinin hərəkətini qadağan edir.

Sputnik Gürcüstan bildirir ki, bu tədbir COVID-19 xəstəliyinin yayılmasının qarşısını almaq üçün görülür.

Bu barədə bu gün ölkənin Baş Nazirinin sözçüsü İrakli Çikovani bildirib.

Gürcüstan hökuməti bundan öncə fövqəladə vəziyyəti mayın 10-dək davam etdirməyi qərara alıb. Eyni zamanda Tbilisi də daxil omaqla dörd iri şəhərə giriş-çıxış tam dayandırılıb. Ölkədə 21:00-dan 6:00-dək komendant saatı da hökm sürür. Gürcüstan aprelin 30-dək bütün ölkələrlə aviaəlaqəni də dayandırıb.

Bu günə olan son məlumata görə, Gürcüstanda SARS-CoV-2 koronavirusuna yoluxanların sayı 348-ə çatıb, bunlardan 76 nəfər sağalıb. Üç nəfər isə dünyasını dəyişib. Karantində 5 min nəfər, stasionarda isə 494 nəfər saxlanılır.

Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsbit edilib. Martın sonundan isə hökumət fövqəladə vəziyyət elan edib.

Xəbər lenti
0