BAKI, 16 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 1159-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, son 24 saat ərzində yoluxanların sayı daha 20 nəfər artıb.
Bundan əlavə, Ermənistanda koronavirusdan daha bir nəfər ölüb. Bununla da ölənlərin sayı 14-ə çatıb. Xəstəlikdən sağalanların sayı 258-ə çatıb.
Hazırda Ermənistanda 783 nəfər virusdan müalicə alır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 milyonu keçib, 114 mindən çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.