CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın Xalq artsiti vəfat etdi

© Photo : AZƏRTACRafiq Əliyev, arxiv şəkli
Rafiq Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.

BAKI, 16 aprel - Sputnik. Xalq artisti Rafiq Əliyev vəfat edib.

Sputnik Azərbaycan-a Teatr Xadimlər İttifaqından verilə xəbərə görə O, uzun sürən sürən xəstəlikdən sonra dünən gecə saatlarında dünyasını dəyişib. Aktyorla vida mərasimi evində olacaq. Rafiq Əliyev Maştağa qəsəbəsindəki qəbirstanlıqda anasının yanında dəfn ediləcək.

Qeyd edək ki, Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. Həmin teatrın səhnəsində “Blez”, “Qar qız və yeddi cırtdan”, “Bir dəfə Braziliyada”, “Donaldın qeyri-adi sərgüzəştləri”, “Nəsrəddin”, “Sarıköynək günəşi necə gətirdi”, “Hind fantaziyası”, “Şəhərli kürəkən”, “Krokodil Genanın məzuniyyəti”, “Arzuları gerçəkləşdirən”, “Sirr”, “Çimnaz xanım yuxudadır” əsərlərinə maraqlı quruluşlar verib və bu tamaşalar tamaşaçılar tərəfindən rəğbətə qarşılanıb. Rafiq Əliyev Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına layiq görülüb. O, 2005-ci ildə “Humay” ictimai milli mükafatını alıb. 31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Xəbər lenti
0